2 May 2016 08:51
212

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycanın yer aldığı qrupun daha bir iştirakçısı paytaxta gəlib.

"Report"un məlumatına görə, Şotlandiya yığmasını gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Şotlandiyaları hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, Şotlandiya millisi qitə birinciliyində yığmamızla birgə A qrupunda yer alıb. Bundan başqa qrupda Belçika və Portuqaliya yığmaları da mübarizə aparacaq.


Müəllif: