6 May 2016 18:21
181

Braziliya millisinin Amerika kubokunda iştirak edəcək yekun heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Dunqa 23 futbolçuya dəvət göndərib.

Həmin siyahıda Neymar ("Barselona"), Fernandinyo ("Mançester Siti"), Oskar ("Çelsi") və Kaka "Orlando Siti") kimi ulduz futbolçular yer almayıb.

Neymarın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulduğundan onun Amerikadakı turnirə aparılmaması məqsədəuyğun hesab edilib.


Müəllif: