18 İyun 2014 17:54
384

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com verilən məlumata görə, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

66 kq çəkidə mübarizə aparan Murad Süleymanov finala qədər inamla irəliləyib. Güləşçimiz ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Gürcüstan idmançısı olacaq.

84 kq çəki dərəcəsində Nurməhəmməd Hacıyev də finala qədər bütün rəqiblərindən üstün olub. Bolqarıstan, Moldova və Ukrayna güləşçiləri üzərində qələbə təmsilçimizi finala yüksəldib. Finalda onun rəqibi Gürcüstan güləşçisi olacaq.

120 kq-da mübarizə aparan Oyan Nəzəriani ilk görüşündə gürcü rəqibinə uduzsa da, rəqibin finala yüksəlməsi onun təsəlliverici görüşə qatılmasına imkan verib. Almaniya təmsilçisi üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
55 kq
1/8 final - Taras Markoviç (Ukrayna) - Ruslan Qasımov 17:10

66 kq
1/16 final - İon Plop (Rumıniya) - Murad Süleymanov 3:10
1/8 final - Binenbaoum Kirillos (Yunanıstan) - Murad Süleymanov 0:10
1/4 final - Surko Raşitxanov (Belarus) - Murad Süleymanov 5:10
1/2 final - Murad Süleymanov - Yavuz Haydar (Türkiyə) 7:6
FİNAL - Omari Qurjidze (Gürcüstan) - Murad Süleymanov

84 kq
1/8 final - Mladen Vasilev (Bolqarıstan) - Nurməhəmməd Hacıyev 0:10
1/4 final - Oktavian Stavila (Moldova) - Nurməhəmməd Hacıyev 0:10
1/2 final - Mraz Cafaryan (Ukrayna) - Nurməhəmməd Hacıyev 2:5
FİNAL - Nurməhəmməd Hacıyev - Giorgi Çxartişvili (Gürcüstan)

120 kq
1/8 final - Geno Petriaşvili (Gürcüstan) - Oyan Nəzəriani 10:0
Təsəlliverici görüş - Oyan Nəzəriani - İlya Litvinov (Almaniya) 7:0
Bürünc medal görüşü - Oyan Nəzəriani - Kazbek Xubulov (Rusiya)


Müəllif: