9 May 2016 08:05
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Bakıda “UEFA U-17” Avropa çempionatının ikinci turunun oyunları çərçivəsində turnirin “B” qrupunda yer alan Almaniya və Bosniya və Herseqovina yığmaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, slovakiyalı baş hakim Peter Kraloviçin idarə etdiyi görüş qrupun favoriti hesab edilən Almaniya komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Dalğa Arena”da keçirilən matçda Almaniya komandasında oyunun 2-ci dəqiqəsində Tom Baak (öz qapısına), 17-ci dəqiqədə Atakan Akkaynak, 66 və 72-ci dəqiqələrdə isə Yari Otto fərqləniblər.

Xatırladaq ki, qrupun digər görüşü Avstriya millisinin Ukrayna üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı.

Beləliklə, hesabında 6 xal olan Avstriya yığması “B” qrupunun lideridir. Almaniya komandası 4 xalla ikinci, Ukrayna millisi isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında xalı olmayan Bosniya və Herseqovina millisi isə qrupda sonuncudur.


Müəllif: