14 May 2016 14:45
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa çempionatında Azərbaycan və Ermənistan idmançıları, məşqçiləri eləcə də döyüşü izləyənlər arasında dava düşməsi məsələsinə aydınlıq gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında hər şeyin azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan idmançısı Orxan Məhərrəmov erməni idmançı üzərində qələbə qazanıb və bu da qarşı tərəfin aqressiyasına səbəb olub: "Bizim idmançı Orxan Məhərrəmov qalib gəldi. Bundan sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənilər davaya cəhd etdilər. Davanın yaranmasına əsas səbəb isə qondarma Dağlıq Qarabağ bayrağının qaldırılması olub. Bundan sonra iki tərəf arasında insident yaşanıb. Nəticədə Azərbaycan tərəfi ermənilərin əlində olan oyuncaq bayrağı götürərək cırıb və ayaqlar altına atıblar".
Qeyd edək ki, davada zaldakıların hamısı iştirak edib.


Müəllif: