19 İyun 2014 12:08
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının B qrupunda keçirilən Hollandiya-Avstraliya matçında qorxulu anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, matç zamanı Hollandiya milli komandasının müdafiəçisi Martins İndi komanda yoldaşı Van Persie ilə toqquşub. Bu toqquşma oyunu izləyənləri qorxuya salıb.

Toqquşmadan sonra yerə yıxılan İndinin göz bəbəkləri çevrilib. Xərəklə meydançadan götürülən İndinin yerinə matça Depay daxil olub.

Həkimlərin müdaxiləsindən sonra futbolçunu özünə gətirmək mümkün olub.

Qeyd edək ki, 22 yaşlı gənc müdafiəçi 2010cu ildən Hollandiya milli komandasının heyətində çıxış edir.

Aygün İlqarqızı


Müəllif: