15 May 2016 21:36
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir yarımfinalçı müəyyənləşib.

Axar.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən 1/4 final qarşılaşmasında İngiltərəni üstələyən ispan millisi yarımfinala vəsiqə qazanıb.

11-ci dəqiqədə Fransisko Qarsianın vurduğu qolla pireneylilər qələbəni bayram edib.

Sonuncu yarımfinalçı isə saat 20:00-da başlanacaq İsveç - Hollandiya görüşünün qalibi olacaq. Qalib komanda yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.

Oyunlar mayın 18-də kecək.


Müəllif: