19 İyun 2014 12:29
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatının üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulacaq.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, idmançılarımız 3 çəkidə təmsil olunacaqlar.

İlkin görüşlər Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.

44 kq-da Türkan Nəsirova yarışa 1/4 finaldan qoşulacaq və ukraynalı Anastasiya Yamnuiklə mübarizə aparacaq.

51 kq çəki dərəcəsində qüvvəsini sınayan Almaz İsmayılova 1/8 final mərhələsində Slovakiya təmsilçisi Vasiliki Kiparissova ilə üz-üzə gələcək.

Raqnetta Qurbanzadə (67 kq) də mübarizəyə 1/8 finaldan başlayacaq və polşalı Laura Roboçinskanı məğlub etməyə çalışacaq.


Müəllif: