17 May 2016 18:45
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın yarımmüdafiəçisi Xames Rodriqesə təkliflər gəlməkdə davam edir.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçu bu dəfə PSJ-nin maraq dairəsinə düşüb.

Paris təmsilçisi yay transfer pəncərəsi dönəmində 24 yaşlı futbolçunu heyətinə cəlb etmək niyyətindədir. Loran Blanın komandası bu transfer üçün 100 milyon avrosundan keçməyə hazırdır. "Real"ın bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres daha öncə verdiyi açıqlamasında "Arsenal" və "Yuventus"un da hədəfində olan Rodriqesi satmayacaqlarını bildirib.


Müəllif: