19 İyun 2014 16:18
721

Bu günlərdə İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour of İran" veloyürüşü keçirilir. 18 yığma və klub komandasının iştirak etdiyi yarışda Azərbaycan yığması 6 velosipedçi ilə təmsil olunur.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yürüşün Təbrizdən Urmiyaya qədər olan 144.4 km-lik ilk mərhələsində velosipedçilərimizdən ən yüksək nəticəyə "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov imza atıb - o, finişi 2 saat, 52 dəqiqə, 29 saniyəyə keçən pelotonun içərisində yer alıb və fotofinişə əsasən 21-ci olub. İsmayıl İlyasov isə eyni vaxt göstəricisi ilə 29-cu yeri tutub.

Urmiyadan Culfaya qədər olan 210.3 km-lik 2-ci mərhələdə də E.Əsədov komanda yoldaşlarından daha yaxşı çıxış edib. O, mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, 14-cü yeri tutub - 5 saat, 8 dəqiqə, 42 saniyə.

2 mərhələdən sonra Elçin liderə 16 saniyə uduzmaqla ümumi sıralanmada 14-cüdür. Yarışa iyunun 22-də yekun vurulacaq.


Müəllif: