22 May 2016 13:17
182

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

ANS-in məlumatına görə, Azərbaycan cüdoçuları elə ilk yarış günündə mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Ölkəmizə medalları qazandıran idmançılar aşağıdakılardır:

Rövşən Əliyev (50kq), Vüsal İbrahimov (55 kq) və Şəfəq Həmidova (44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar.

Raxşan Baxşəliyev (50kq), Əhməd Yusifov (55kq), Paşa Əliyev (66kq) və Şəhanə Hacıyeva (44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər.

Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.

Bir neçə gün əvvəl yeniyetmə cüdoçularımız Qazaxıstandan 3 medalla vətənə qayıdıblar. Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnir başlayıb. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.


Müəllif: