22 May 2016 20:35
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, komandanın müdafiəçisi Rafael Varan zədələnib.

Məşq zamanı zədə alan fransalı futbolçunun bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən o, mayın 28-də “Atletiko” ilə keçiriləcək Çempionlar Liqasının final oyununu buraxacaq.

Fransa millisinin üzvünün “Avro-2016”da iştirak edib-etməyəcəyi hələlik məlum deyil


Müəllif: