22 Aprel 2014 09:31
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin sonunda Sloveniyada idman gimnastikası üzrə "B" kateqoriyalı Dünya Kuboku yarışları keçirilib.

Teleqraf.com-un Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən aldığı xəbərə görə, Azərbaycan gimnastı Anna Pavlova bu yarışların qalibi olub.

Təsnifatın yekunlarına əsasən Anna Pavlova dörd mümkün finaldan ikisinə - tir üzərində hərəkətlərə və müxtəlif hündürlüklü paralel tirlər üzərində təmrinlərə vəsiqə alıb.

Uzunluğu 5 metr, eni isə cəmi 10 santimetr (!) olan üfüqi alət Annanın akrobatik elementlərinə, tullanma və 360 dərəcə dönmə hərəkətlərinə imkan verməyib. Nəticədə, Anna bu alətdə dördüncü yerlə kifayətlənməli olub. Lakin bizim gimnast qızımız müxtəlif yüksəklikdə yerləşən iki üfüqi tir üzərində "uçuşları" ən yüksək səviyyədə yerinə yetirib. Pavlova paralel tirlər üzərində kombinasiyanı praktiki olaraq səhvsiz icra edərək, Belarusdan və İsveçrədən olan əsas rəqiblərini geridə qoyub.

Ölkəmizin ikinci gimnastı Marina Nekrasova da iki finalda (sərbəst hərəkətlər və təkanla tullanma) yarışıb və hər iki halda dördüncü nəticə göstərib.


Müəllif: