24 May 2016 15:39
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təbliğinə dəstək məqsədilə Moskvada “Azərbaycanlı Gənclərin Kuboku” adlı kartinq yarışı təşkil olunub.

Yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdili Prezident İlham Əliyevin bu sahəyə qayğısı nəticəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edib. Bildirb ki, “Formula-1” yarışları ölkəmizin dünya arenasında tanınmasına və turizmin inkişafına öz töhfəsini verəcək.

Daha sonra kartinq yarışına start verilib. Üç mərhələdə keçən yarışda səkkiz komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub. İkinci və üçüncü yerləri isə “Tri medved” və “Fond RVAK” komandaları paylaşıb. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

Səxavət


Müəllif: