26 May 2016 00:21
193

"Qalibiyyət öz yerində, düşünürəm ki, bu gün Azərbaycan futbolu uddu". Teleqraf.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun final matçında "Neftçi" ilə qarşılaşan ağdamlıların çalışdırıcısı matçdan sonra "CBC Sport" telekanalına açıqlama verərək minimalhesablı qələbəni belə şərh edib: "Azarkeşlərə xüsusi təşəkkür etmək istəyirəm. Həm rəqib, həm də öz tərəfdarlarımız stadionu doldurmuşdular. Rəqibə gəlincə dünən də demişdim ki, mövsümün ən çətin matçını keçirəcəyik. Biz də, onlar də layiq idik bu qələbəyə. Yekunda qalib gələn biz olduq. Onları da yaxşı mübarizəyə görə təbrik edirəm. Deməzdim ki, "Neftçi" vaxtı uzadaraq penaltiyə çəkirdi, hər iki komanda özünəxas taktika seçmişdi və buna uyğun oynadı".


Müəllif: