29 May 2016 09:17
204

Türkiyənin “Qalatasaray” klubu “Liverpul”un futbolçusu Mario Balotellini transfer etmək istəyir.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Son mövsümü icarə əsasında “Milan”da keçirən italiyalı hücumçunun “Liverpul”dan ayrılacağı gözlənilir. Baş məşqçi Yurgen Klopp da onu komandasında görmək istərmir.

“Qalatasaray”ın Balotellinin transferi üçün “Liverpul”la danışıqlara başladığı bildirilir.


Müəllif: