29 May 2016 21:20
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyanın Bad Erlax şəhərində Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirib.

Avstriyalı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində Makedoniya yığma komandası üstünlüyü ələ alaraq, iki dəfə fərqlənə bilib. Marian Radeski 18-ci dəqiqədə, Qoran Pandov isə 32-ci dəqiqədə topu millimizin qapısından keçiriblər.

Oyunun ikinci hissəsində Robert Prosineçkinin yetirmələri hesab arasında fərqi azaltmaq üçün səylərini artırıblar. 72-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Əfran İsmayılov hesabın 2:1 olmasını təmin edib. Oyunun sonuna yaxın Balkan təmsilçisinin oyunçuları təzyiqləri artıraraq, Azərbaycan millisinin qapısından daha bir top keçiriblər. 90-cı dəqiqədə İlya Hestorovskinin vurduğu qolla Makedoniya millisi 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan milli komandası mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü iyunun 3-də Kanada milli komandasına qarşı keçirəcəkdir.


Müəllif: