20 İyun 2014 13:42
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin baş məşqçisi Roy Hocson Uruqvayla (1:2) görüşdən sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, baş məşqçi istefa haqda düşünmədiyinə deyib:

“İstefa verməyi düşünmürəm. Əlbəttə ki, çox məyusam, lakin bu işimdən getməyim anlamına gəlmir.
Digər tərəfdən məni bu vəzifədə işləməyə layiq bilməsələr, qalmağa çalışmayacam. Bu, onların qərarı olacaq.

Onu da qeyd edim ki, futbolçuların işə yanaşmasından razıyam. Hər kəs öhdəsinə düşən işi layiqli şəkildə yerinə yetirir”.

Aygün İlqarqızı


Müəllif: