31 May 2016 19:36
322

"Barselona"lı futbolçu Leonel Messi iki gün sonra məhkəmədə ifadə verəcək.

Teleqraf.com xəbər verir ki, futbolçunun vəkilləri ittihamların rədd edilməsi üçün Madrid məhkəməsinə üz tutsalar da, prokuror buna etiraz edib. Media məhkəmə prosesini izləmək üçün hazırlıq işlərinə başlayıblar.

Qeyd edək ki, barəsində 22 aylıq həbs istənilən futbolçi vergi qaçaqmalçılığında ittiham edilir. 2007-2009-cu illərdə reklam gəlirlərindən 4,1 milyon avroluq vergini gizlətməkdə ittiham olunan Messi və atası Corc Horakio haqqında Kataloniya məhkəməsində cinayət işi açılıb.

İttihamları qəbul edən Messi və atası ötən müddət ərzində 5 milyon avro cərimə ödəyiblər. Amma dövlət ittihamçısı onların həbs edilməsini məhkəmədən tələb edirlər.


Müəllif: