1 İyun 2016 17:33
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixində ilk dəfə olaraq iyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə hazırlaşır.

Trend-in məlumatına görə, Eturbonews.com saytında dərc olunan məqalədə deyilir ki, dünya üzrə milyonlarla azarkeş televizor ekranları qarşısında Bakının tarixi mərkəzinin gözəlliyini görə biləcəklər.

Qarşıdakı Qran-prinin rəsmi səfiri olan Fernando Alonsonun sözlərinə görə, Bakıda keçiriləcək yarış heyrətamiz tras və maraqlı teleşou kimi iki vacib faktoru özündə birləşdirir: "Fikrimcə, tamaşaçılar dünyanın ən sürətli küçə trasında saatda 300 kilometdən artıq sürətlə şütüyəcək avtomobillərə heyran qalacaqlar. Bu, ən sürətli küçə trekidir və qeyri-adi şou olacaq".


Müəllif: