20 İyun 2014 18:09
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının rəngli komandası hesab edilən Yaponiyada tərəfdarlar örnək hərəkətləriylə diqqət çəkib. Fil dişi Sahili millisi ilə oynadıqları ilk matçın ardından öz tribunalarındakı zibilləri təmizləyən yaponiyalı tərəfdarlar meydanlarda nadir görülən bir mənzərəyə səbəb olmuşdu.

Teleqraf.com xəbər verir ki, bu hərəkət hər kəs tərəfindən təqdirəlayiq görülmüş, medianın da ən çox danışılan mövzusuna çevrilmişdi.

Dünən bu mənzərə bir daha təkrarlanıb. Qolsuz başa çatan Yaponiya Yunanıstan matçından sonra tərəfdarlar tribunalardan zibili təmizləyiblər.

Zibilləri mavi torbalara dolduran tərəfdarlar işlərini bitirdikdən sonra tribunalara bir daha nəzər yetirərək təmizliyin qaydasında olub olmadığnı yoxlayıblar.

Aygün İlqarqızı


Müəllif: