21 İyun 2014 12:03
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıblar.


Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova polşalı Aqniesko Krol və Çexiya güləşçisi Adela Hanzliçkovanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Türkiyə təmsilçisi Buse Tosuna məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

AzərTAc


Müəllif: