3 İyul 2016 10:45
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Transanadolu qaz kəməri (TANAP) tikintisi layihəsi çərçivəsində "Cənub qaz dəhlizi" QSC-nin xərcləri 6 milyard dollardan artıq olacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətindən yüksək vəzifəli mənbə məlumat verib.

Mənbə bildirib: "Cəmiyyətin xərcləri 2020-ci ilə qədər 6,2 milyard dollar təşkil edəcək".

Mənbənin sözlərinə görə, TANAP qaz kəmərinin tikintisi gedişində artıq planlaşdırılan investisiyalardan təxminən 2 milyarddan çoxu xərclənib: "Hazırda layihə üzrə işlər tam qrafikə uyğun davam edir".

TANAP layihəsi Azərbaycanın Şah Dəniz qaz yatağından qazın Gürcüstan ərazisindən keçərək Türkiyənin qərb sərhədlərinə qədər tədarükünü nəzərdə tutur. Qazın Türkiyəyə 2018-ci ildə çatacağı nəzərdə tutulub, Transadriatik qaz kəmərinin (TAP) tikintisindən sonra isə qaz təxminən 2020-ci ilin əvvəllərində Avropaya çatacaq.

TANAP-ın səhmdarlarının tərkibi belədir: SOCAR - 58 faiz, Botas - 30 faiz, BP - 12 faiz.


Müəllif: