8 İyul 2016 22:53

İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Teleqraf.com-a BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.


Müəllif:
Загрузка...