9 İyul 2016 16:16

Azərbaycanda iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması üzrə işlərin birinci mərhələsi başa çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai dinləmələrdə çıxışında bildirib.

Elxan Mikayılovun sözlərinə görə, yol xəritəsində sənaye sektoruna xüsusi diqqət ayrılır. Sənayenin 3 əsas sektoru - neft-qaz və kimya, ağır sənaye və maşınqayırma sahələrinin inkişafına yönələn layihələrin həyata keçirilməsini nəzərdə tutulur.

Məmur əlavə edib ki, bu sahədə bir sıra problemlər də var. Əas problemlər rəqabətə davamlı məhsulların istehsalı və Azərbaycan məhsullarının beynəlxalq, xüsusilə Avropa standartlarına uyğun olmaması ilə bağlıdır. O hesab edir ki, digər problem korporativ idarəetmə ilə bağldıır. Birbaşa xarici investisiyaların cəlb olunması üçün bu probelm həllini tapmalıdır.

Sentyabrın ortalarına kimi strateji yol xəritəsini dövlət başçısına təqdim edilməlidir. Yol xəritəsi 2016-2020-ci, 2020-2025-ci və 2025-ci ildən sonrakı dövrü əhatə edəcək.

Bu layihəni hazırlamaq McKinsey beynəlxalq konsaltinq şirkətinə tapşırılıb.

Digər məlumata görə, baş nazirin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə 2030-cu ilə kimi neft-qaz sektorunun inkişafı layihəsi hazırlanır. Layihə 2016-2030-cu illərdə bu sektora çoxmilyardlı investisiyaları nəzərdə tutur. Hökumət anlayır ki, ortamüddətli perspektivdə iqtisadiyyatda ən gəlirli sektor neft-qaz sahəsi olacaq (Turan).


Müəllif:
Загрузка...