10 İyul 2016 09:57
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Taxıl əkilmiş 12 min 221 hektar sahənin 10 min 539 hektarında biçin başa çatdırılıb, 31 min 880 ton ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb.

Bu barədə rayon statistika idarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, tədarük olunan taxılın 21 min 718 tonu buğda, 10 min 162 tonu isə arpadır.

Hələlik rayonun təsərrüfatlarında 1700 hektara yaxın biçilməmiş taxıl sahəsi var. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Taxıl biçininin iyulun 20-dək başa çatdırılacağı gözlənilir.


Müəllif: