11 İyul 2016 10:30
218

Elmir Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini təyin edilib.

O, 2013-cü ildən bankın baş direktoru vəzifəsində çalışıb. Hazırda bankın iki baş direktoru var - Hidayət Sultanov və Fuad İslamov.

ABB-nin İdarə heyətinə Elmar Məmmədov sədrlik edir. İdarə heyətinin tərkibinə sədr müavinləri Ülvi Mansurov (o, həmçinin baş maliyyə direktorudur) və Murad Şirəliyev də daxildir.//Trend


Müəllif: