11 İyul 2016 12:10

Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcələrini 2% artırıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bank öz vəsaiti hesabına ipoteka kreditlərini əvvəlki kimi illik 8%-lə deyil, 10%-lə ayırır. Kreditlər üzrə ilkin ödənişdə və müddətdə isə dəyişiklik edilməyib. Əvvəlki qaydada 10% ilkin ödəniş verməklə, 20 illik müddətə ABB-dən ipoteka krediti götürmək mümkündür.

ABB "Kristal Abşeron", "Bakı Ağ Şəhər", "Renessanse Palace", "Yeni Həyat" layihələrindəki mənzillərin kreditlə satışını maliyyələşdirir.

ABB ölkənin ən böyük bankıdır. Onun nizamnamə kapitalı 641 milyard 287 min 250 manatdır.
Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur.


Müəllif:
Загрузка...