22 Aprel 2014 13:01
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) elan etdiyi “Xarici Təqaüd Proqramı”nın müsabiqə qaydalarına dəyişiklik olub.

ARDNŞ-in insan resursları departamentindən “Teleqraf.com”a bildiriblər ki, “Xarici Təqaüd Proqramı”nın tələblərinə cavab verən və namizədlər siyahısına daxil edilmiş şəxslər ilkin olaraq departament tərəfindən aparılan test və müsahibə mərhələsindən keçməlidirlər. Yalnız test və müsahibədən uğurla nəticə əldə edəcək namizədlər ARDNŞ-in kadrların idarə edilməsi komitəsi üzvlərinin iştirakı ilə keçirilən komissiyanın iclasına buraxılacaq.

Test və müsahibədə namizədin ixtisasını bilmə səviyyəsi, məntiqi təfəkkürü, xarici dil biliyi, xaricdə Azərbaycanı təmsil etmə bacarığı, psixoloji durumu, ümumi dünyagörüşü, qərarlarını əsaslandırma qabiliyyəti, liderlik keyfiyyətləri və sair qiymətləndiriləcək.


Müəllif: