26 İyul 2016 10:34
210

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,90 dollar ucuzlaşaraq 43,20 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar azalaraq 44,84 dollar olub.

Teleqraf.com xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 46,20 dollar təşkil edib.


Müəllif: