27 İyun 2014 16:05
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

"28 May" Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi "Günəşli" yatağındakı 11 saylı Dərin Dəniz Özülünün genişləndirilmiş hissəsində əlavə 4 istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Bu barədə Teleqraf.com-a ARDNŞ-yə istinadənməlumat verir.

Bu məqsədlə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işləri cari ilin sonuna kimi başa çatdırılacaq. Layihənin baş podratçısı "Neftqaztikinti" Trestidir.

Dənizin 92 metr dərinliyində yerləşən 11 saylı özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq.

Qeyd edək ki, quyulardan ümumilikdə sutkada 100 ton neft, 260 000 kubmetr qaz və 20 ton kondensat hasil ediləcəyi gözlənilir.


Müəllif: