22 Aprel 2014 17:07
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bütün avtobus dayanacaqlarında POS-terminallar quraşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, avtobus dayanacaqlarında POS-terminalların quraşdırılması 3 ay müddətində başa çatdırılacaq.

Terminalların quraşdırılmasına may ayından başlanacaq. Ödəmə terminalları vasitəsi ilə vətəndaşlar həm nəqliyyat kartındakı balanslarını artıra, həm də digər kommunal ödənişləri həyata keçirə biləcəklər.

Qeyd edək ki, “Yolkart” nəqliyyat kartlarının qiyməti 3 manatdır. Ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür.

SEVİNC


Müəllif: