23 Aprel 2014 11:57
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən “Garadagh Strongcem” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 300 və 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında (İSN) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlama zamanı bu sementlərin faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.

İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyənləşdirilib. Qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti “Garadagh Strongcem” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Naibə


Müəllif: