9 İyul 2014 14:03
390

Bu ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 593 milyon 835 min manat təşkil edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 51 mln. 396,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. I yarım il ərzində respublika üzrə 42 681 vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 935 minə çatıb.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil edib.

Naibə


Müəllif: