23 Aprel 2014 17:36

"Neft Daşları" yatağındakı 2521 nömrəli stasionar dəniz özülündən 2239 nömrəli quyu qazmadan sonra istismara verilib.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qırməki Altı Lay Dəstəsinə qazılan quyu 1193-1178 metr intervaldan fontan üsulu ilə sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.


Müəllif: