17 Aprel 2017 16:15
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya iqtisadiyyatının artım tempinin 9 il ardıcıl azalmadan sonra nəhayət, 2017-ci ildə qlobal iqtisadi artım proqnozlarını üstələyəcəyi gözlənilir.

"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb nəinki ABŞ-da, həmçinin Avrozona və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın sürətlənməsidir.

ABŞ-ın nüfuzlu "Marketwatch" araşdırma şirkətinin hesabatına görə, Avropada hələ də bank sisteminin zəif olması, Çinin yüksək səviyyədə borcları və ABŞ-da sərt monetar siyasətin yürüdülməsinə baxmayaraq, dünya iqtisadiyyatının canlanmağa başladığı müşahidə olunur.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu (IMF) yanvar hesabatında dünya iqtisadiyyatının 2017-ci ildə artım tempi proqnozunu 0,1 faiz bəndi azaldaraq 2,7%-ə endirib. Lakin ekspertlər iqtisadi artımın yüksək olacağını ehtimal edirlər. Ekspertlərin ən çox narahat olduğu məqam isə ABŞ, Fransa və İtaliyada populist siyasətçilərin aktivləşməsi ilə bağlıdır. Onlar populizmin yüksəlməsi durumunda dünya iqtisadiyyatındakı artımın yavaşlayacağını düşünürlər.


Müəllif: