18 Aprel 14:29

Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edib.

Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edib.

V.Əhmədov Publika.az-a bildirib ki,ölkə başçısı sahibkarlarla mütəmadi olaraq bu cür görüşlər keçirir.
Onun sözlərinə görə, bu görüşlərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr aparılır:
“Ötən gün isə belə görüşlərdən biri Yevlaxda təşkil olundu. Bu cür görüşlərin böyük əhəmiyyəti var. Çünki belə görüşlər zamanı sahibkarlar Prezidentlə yanaşı, ayrı-ayrı hökumət üzvləri ilə də təmaslar yaradır, mövcud problemləri qaldıra bilirlər. Bütün bunlar isə nəticədə həmin sahələrin inkişafına müsbət töhfələr verir. Yevlaxda keçirilən görüş də ixrac yönümlü məhsullarla bağlı olub. Azərbaycanın əsas ixrac məhsulu neft və təbii qaz olsa da, son vaxtlar qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır”.

Deputat deyib ki, Prezidentin tapşırığı ilə bu sahədə ciddi proqramlar hazırlanır, Strateji Yol Xəritəsi işlənir:

“Hazırda Azərbaycanın ümumi daxili məhsulunun 60-65 faizini qeyri neft sektoru, ixracımızın isə təqribən 90 faizini neft-qaz məhsulları təşkil edir. Ona görə də bu sahədə ixracyönümlü məhsulların həcinin artırılması vacibdir. Artıq qeyri-neft sektorunda da ixrac məhsullarımızın həcmi artır. Buraya kənd təsərrüfatı, spirtli içkilər, sənaye, tikinti və digər məhsullar aiddir. Cənab Prezident də çox doğru olaraq bu sahəyə diqqəti artırır. Əsas məqsəd də ixracyönümlü qeyri-neft sektoru məhsullarının həcmini artırmaqdır”.


Müəllif: