24 Aprel 2014 09:31
591

2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji göstəricisindən 10,2 dəfə çoxdur. Dövlət Statistika Komitəsi (DSK) cari ilin birinci rübünün yekunları üzrə hesabatında bu barədə bildirlib.

2013-cü ildə Azərbaycanda 424 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır.

Məlumata görə, hesabat dövründə respublikada 101 yük maşını istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. 2013-cü ildə respublikada 246 yük maşını istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə 52,8 faiz çoxdur.

Yanvar-mart aylarında ölkədə 299 traktor istehsal edilib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən 3,9 dəfə çoxdur.

2013-cü ildə ölkədə 739 traktor istehsal edilib. Bu, 2012-ci ilin göstəricisindən 19,6 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycanda Gəncə Avtomobil Zavodu və Naxçıvan Avtomobil Zavodu fəaliyyət göstərir. Gəncə Avtomobil Zavodu kənd təsərrüfatı texnikası və yük avtomobilləri, Naxçıvan Avtombil Zavodu isə NAZ-Lifan markalı minik və kiçik tonnajlı yük avtomobilləri istehsal edir. Naxçıvan Avtomobil Zavodunun 2 min 472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıq quraşdırılır. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlığı var.

NİGAR


Müəllif: