18 Aprel 2017 22:16
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda yeni yaşayış binası tikiləcək

Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com