20 Aprel 2017 11:47
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı Rusiyanın ən zəngin şəxslərinin siyahısını dərc edib.

Teleqraf.com RBK-ya istinadən xəbər verir ki, siyahıya artıq iki ildir “NOVATEK” şirkətlər qrupunun şəriki və idarəedicisi Leonid Mixelson başçılıq edir. Nəşr biznesmenin varidatının həcmini 18,4 milyard dollar həcmində qiymətləndirib. Bu, ötən ilə nisbətən 4 milyard dollar çoxdur.

Siyahıda ikinci yerdə “Severstal” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. Jurnalın analitiklərinin qiymətləndirməsinə görə, o, ötən illə müqayisədə öz yerini 4 pillə möhkəmlədib. “Forbes” onun varidatının həcmini 17,5 milyard dollar həcmində qiymətləndirib. Onun sərvətinin həcmi ötən illə müqayisədə 6,6 milyard dollar artıb.

İlk üçlüyü Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisin tamamlayıb. Onun sərvətinin həcmi 2016-cı illə müqayisədə 6,8 milyard dollar artaraq 16,1 milyard dollara çatıb.

Rusiyanın ən zəngin 10 şəxsinin siyahısına həmçinin, “Volga Group”un sahibi Gennadi Timçenko, “USM Holdings”in qurucusu, özbək əsilli Əlişir Usmanov, LUKOYL neft şirkətinin prezidenti Vahid Ələkbərov, “Alfa-Qrup”un şəriki Mixail Fridman, “İnterros” və “Nornikel”in prezidenti Vladimir Potanin, SUEK və “Evroxima” şirkətlərinin ortağı Andrey Melniçenko və “Renovı” şirkətinin direktorlar şurasının sədri Viktor Vekselberq daxildir.

Səxavət


Müəllif: