20 Aprel 23:25

Rusiyanın qızıl-valyuta ehtiyatları 398,4 mlrd. dollar təşkil edib

Rusiyanın qızıl-valyuta ehtiyatları 7-14 aprel hesabat həftəsində 2,7 mlrd. ABŞ dolları və ya 0,7% artaraq 398,4 mlrd. dollar təşkil edib.

Teleqraf.com "RİA.ru"ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.

Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə olan 350,5 mlrd. dollara geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 13,7% çoxdur.