21 Aprel 2017 10:22
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra sosial mənzillərlə bağlı qeydiyyat başlayacaq. Ancaq bununla bağlı bəzi suallar ortaya çıxır.

Teleqraf.com xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov bu məsələ ətrafında yaranman ciddi suallara aydınlıq gətirib.

4 sualı əhatə edən cavablar bunlardır:

- Hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

- Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

- Kredit borcu olanlar sosial mənzilə sahib ola bilər?

- Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar da sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu mümkündür.

- Müraciətlər neçə mərhələli olacaq?

- Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez edilmiş müraciətlərə daha tez baxılacaq.

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmət mərkəzlərində və eləcə də Sumqayıt ASAN Xidmətdə sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.


Müəllif: