26 Aprel 2017 10:47
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatları ilə müqayisədə bu gün bir sıra kommersiya banklarında dolların bahalaşması müşahidə olunur.

Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi 1.6750 manata, satışı isə 1.6850 manata bərabərdir.

“Bank Silk Vey” dünən axşam dolları 1.6450 manata alıb, 1.6800 manata satırdı. İndi isə bu göstəricilər artaraq müvafiq olaraq 1.6600 və 1.7025 manat təşkil edir.

“Günaybank” həmçinin hər iki göstəricini bahalaşdırıb: alışı 1.6730 manatdan 1.6750 manatadək, satışı 1.6830 manatdan 1.6880 manatadək.

“Yapı Kredi Bank” isə alışı bahalaşdırıb, satışı ucuzlaşdırıb: alış – 1.6650 manatdan 1.6700 manatadək, satış – 1.7070 manatdan 1.7060 manatadək.

“Bank of Baku” isə ABŞ milli valyutasının yalnız alış qiymətini bahalaşdırıb: 1.6600 manatdan 1.6650 manatadək.


Müəllif: