27 Aprel 2017 23:10
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftinin qiyməti aprelin 26-da 54,01 dollar/barel təşkil edib

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 54,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 53,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 26-da 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 26-da 51,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com