29 Aprel 2017 16:21
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnşasına başladığımız dərman zavodunu 2018-ci ildə istismara verməyi planlaşdırırıq".

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu layihənin icraçısı olan "Azersun Holding"ın baş icraçı direktoru Savaş Uzan deyib.

Savaş Uzanın sözlərinə görə, Azərbaycanda yerli əczaçılıq zavodlarının olması ölkənin dərmana olan tələbatını artıracaq: "Bizim inşa etdiyimiz müəssisə ilə yanaşı daha iki dərman zavodu da tikilir. Həmçinin, idxal da olacaq. Biz bazarın 20-30%-nə sahib olmağı düşünürük".

"Azersun" rəsmisi həmçinin "Interglass" şirkəti ilə də anlaşdıqlarını və artıq qablaşdırma ilə bağlı sifarişin verildiyini deyib.


Müəllif: