15 May 2017 17:11
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında Azərbaycanda Azdelikates-Alfa MMC adlı şirkət yaradılıb.

Teleqraf.com “Marja”ya istinadla xəbər verir ki, ixraca yarayan ilbizlər kəndlərdə yığılaraq bu şirkətə təhvil verilir.

Xususi emal prosesindən keçirildikdən sonra ilbizlər ixrac olunur.

"Azdelikates-Alfa" ilbizi hələlik Yunanıstana satır.

Qeyd edək ki, Türkiyə çoxdandır Avropaya ilbiz ixrac edir. Fabrikdə qabığından ayrılan ilbizlər dondurularaq 90%-i Fransaya olmaqla, Rumıniya, Bolqarıstan, Çexiya, Makedoniya kimi Avropa ölkələrinə göndərilir. Yüksək zülal və aşağı yağ nisbətilə bir qida olan ilbiz bu ölkələrdə intensiv istehlak edilir.

Azərbaycanda isə ilbiz ziyanverici həşərat sayılır və üzərinə duz tökülərək məhv edilir.


Müəllif: