16 May 2017 14:35
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rəsmiləri Beynəlxalq Bankla əlaqədar yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında çıxış edib vəziyyətə aydınlıq gətirməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə bağlı mətbuatda çoxlu məlumatlar yer alır:

“Bu bankda vaxtilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Nyu Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Azərbaycan Beynəlxalq Bankı bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb.

Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu York məhkəməsinə müraciət etməsi suallar yaradıb. Bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı də müzakirə edilən məsələlər arasındadır.

Cavad


Müəllif: Teleqraf.com