22 May 2017 19:42
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dizel yanacağının 1 litrinin qiyməti 5 qəpik artırılır.

Teleqraf.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeni qiymət bu gecədən etibarən tətbiq olunacaq.

Ankarada 1 litri orta hesabla 2,14 manata satılan dizel yanacağının 1 litrinin qiyməti dəyişiklikdən sonra 2,18 manat olacaq.

Dizel yanacağının 1 litrinin qiyməti İstanbulda 2,11 manatdan 2,16 manata, İzmirdə 2,12 manatdan 2,17 manata qalxacaq.


Müəllif: Teleqraf.com