23 May 2017 14:19
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İqtisadiyyat Nazirliyi son 7 ildə Türkiyəyə qoyulan xarici sərmayənin miqdarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu illər ərzində Türkiyəyə 20 ölkədən 128,5 milyard dollar sərmayə qoyulub. Bu, Türkiyədəki ümumi sərmayə payının 91,7 faizi deməkdir.

Siyahıya 15,8 faizlə Hollandiya başçılıq edir. Hollandiya son 7 ildə Türkiyəyə 23,4 milyard sərmayə qoyub.

İkinci yeri ABŞ (8%), üçüncü yeri isə Avstriya (7%) tutur. Son vaxtlar Türkiyə ilə əlaqələri normallaşan Rusiya isə 3,7 faiz ilə bu siyahıda 11-ci yerdə qərarlaşıb.

Azərbaycan siyahıda 3,6 faiz ilə 12-cidir. Azərbaycandan son 7 ildə Türkiyəyə 5,02 milyard dollar sərmayə qoyulub.


Müəllif: Samir