23 May 2017 22:39
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

Teleqraf.com-un məlumatına görə, memorandumu iqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar.

Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.

Səxavət


Müəllif: Teleqraf.com